Polisi sürüyən sürücü tutuldu - YENILƏNİB

Bakıda DYP əməkdaşını vuran maşında 3 qız da olub

Bakıda yol polisini maşınla vuran şəxs artıq saxlanılıb. Bu barədə məlumatı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov verib.

Onun sözlərinə görə, ötən gün baş verən hadisə 90 VT023 dövlət nömrə nişanlı "Lada Priora" markalı maşınla törədilib. "Hadisə zamanı maşında 5 nəfər olub. Onlardan 3-ü qız, ikisi isə oğlan olub. Xəsarət alan polis əməkdaşı hospitala yerləşdirilib".

Artıq hadisə ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma başlanılır.

***

Paytaxtda yol polisi maşının üstündə bir neçə metr sürüklənib

Bakıda yol polisini maşın vurub. Bu barədə məlumatı ANS PRESS-ə hadisə şahidləri veriblər. Şahidin sözlərinə görə, hadisə ötən gün səhər saatlarında qeydə alınıb.

Belə ki, Caz mərkəzin qarşısında, Rəşid Behbudov küçəsində işıqforun yaşıl işığında gözləyərkərn qarşıdan kapotunda polis olan maşın gəldiyini görüb. Avtomobil bir neçə metr polisi sürüklədikdən sonra o yerə düşüb.

Sürücü isə ona yardım etmək əvəzinə sürətlə uzaqlaşıb. Bu zaman polis maşını da onu izləməyə başlayıb.

Baş verənlər avtomobildəki videoreqistratorla anbaan lentə alınıb.

Həmin görüntüləri təqdim edirik. Videonun 45-ci saniyəsindən sonra həmin görüntüləri izləyə bilərsiniz.