​Polisdən ƏMƏLİYYAT: 34 nəfər saxlanıldı

Baxış sayı:
217

Noyabr ayının 8-dən 9-dək respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 99 cinayət faktı qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, qeydə alınana cinayətlərin 21-i "isti izlər”lə açılıb.
Bundan başqa, əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub, axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 16 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.