​Polisə "yıxılmışam" dedi, xəstəxanada bəlli oldu ki... - Mərdəkanda OLAY

Baxış sayı:
6214

Qarnından bıçaqlanan və polisə yıxıldığını deyən şəxsin yalan danışdığı üzə çıxıb.
DİN-nin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, yanvarın 1-də qarnından kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilən şəxs polisə sadəcə yıxıldığını deyib. Onun Mərdəkan qəsəbəsiondə yerləşən “Abşeron” sanatoriyasında yaşayan 1983-cü il təvəllüdlü Xəlilov İlham Bayram oğlu olduğu məlum olub.
Xəzər RPİ-nin əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, onu həmin sanatoriyada yaşayan 1969-cu il təvəllüdlü Nəzəri Pərviz Soltan oğlu bıçaqlayıb. Onlar sanatoriyada yerləşən kafedə mübahisə ediblər və Pərviz İlhamı bıçaqla vurub.
Faktla bağlı Xəzər RPİ-də Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.