Polis xəstəxanada iki nəfəri öldürüb - FRANSADA

O, hadisədən sonra özünə qəsd edib
 
Fransanın Tulon şəhəri polisinin kriminal şöbəsinin qısqanc əməkdaşı xəstəxanada arvadının sevgilisi də daxil olmaqla, iki nəfəri öldürüb.
Bu barədə "Parisien" məlumat yayıb.
Məlumatda qeyd olunur ki, hadisə bazar günü gecə baş verib. Nəşrin məlumatına görə, polis əməkdaşı xəstəxanada olub, lakin onun üstündə xidməti silah olub. O, hadisədən sonra özünə qəsd edib.
Polis əməkdaşının həyat yoldaşı hadisə həmin yerdə olmayıb.