Polis üç nəfəri öldürdü, bir neçə nəfəri yaraladı – DAHA SONRA İNTİHAR ETDİ

Fransanın İl-de-Frans bölgəsində yerləşən Sarsel bələdiyyəsində polis əməkdaşı üç nəfəri güllələyərək qətlə yetirib, bir neçə nəfəri yaralayıb.
Bu barədə mənbələrə istinadən "Le Parisien" nəşri yazıb.
Hadisə şənbə gününə keçən gecə ratuşa binası yaxınlığında qeydə alınıb. Nəşrin məlumatına görə, ardınca polis intihar edib.
İlkin fərziyyəyə görə, söhbət məişət zəminində baş verən hadisədən gedir. Yaralananlardan biri polisin keçmiş sevgilisi və onun anası olub, həmçinin ölənlərdən biri qadının atasıdır(report).