Polis sərxoş göyərçinlər haqda əhaliyə XƏBƏRDARLIQ ETDİ - "Özünüzü qoruyun"

Baxış sayı:
11290

ABŞ-ın Minnesota ştatında polis yerli sakinlərə sərxoş bir qrup haqqında xəbərdarlıq edib.
“Washingtonpost”un məlumatına görə, şəhərdə sərxoş gəzən gənclər yox, yerli quş dəstəsi olub. Göyərçinlər sərxoşluqdan müvazinətlərini saxlaya bilmirlər və halsız görünürlər.
Sərxoş göyərçinlərin özlərini pəncərələrə, avtomobillərə çırpması barədə polisə şikayətlər daxil olub.
Polis elan edib ki, erkən düşən şaxta, giləmeyvələri adi haldan daha çox fermentləşdirdiyini üçün onları yeyən quşlar sərxoş olur. Bu baxımdan da, sakinlərə özlərini qorumaq tövsiyyə olunur.
Californiya ştatından olan alimlər müəyyən ediblər ki, quşlar fermentli meyvələr yeyərək sərxoş ola bilər.
Araşdırmaya görə, "etanol təsiri altında" olmaq quşların ölümünə gətirib çıxara bilər.