POLİS RƏİSİ ÖZÜNƏ YENİ BALIQ VƏTƏGƏSİ ALIB

Baxış sayı:
4930

Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Vüsal Şəbəndiyev özünə yeni balıq vətəgəsi alıb.
Muxalifət.az xəbər verir ki, bu barədə “Report”a rayon sakinləri məlumat verib.
Vətəgənin kimin adına rəsmiləşdirildiyi məlum olmasa da, V.Şəbəndiyevə aid olduğu dəqiqdir.
Qeyd edək ki, buna qədər V.Şəbəndiyevin başqa vətəgələri də olub.
Xatırladaq ki, polis polkovniki Vüsal Şəbəndiyev Neftçala RPŞ-nın rəisi vəzifəsinə 2015-ci ilin noyabr ayında təyin edilib.