Polis mərkəzi partladıldı, daha sonra...

Baxış sayı:
400

Əfqanıstanda polis mərkəzində terror aktı baş tutub.

Ölkənin cənubundakı Kandahar şəhərinin polis mərkəsinə bomba yüklü avtomobillə hücum təşkil olunub.

“Röyters”ə danışan hadisə şahidləri bildirir ki, terrorçular bomba yüklü avtomobili polis qərargahının qarşısında partladıb. Daha sonra silahlı şəxslər mərkəzin ətrafındakı binalara soxulub.

Aidiyyəti orqanlardan məsələ ilə bağlı açıqlama verilməyib.