​Polis məktəbi güllələmək niyyətində olan yeniyetməni saxladı

Nyu-Yorkda polislər “İnstagram” səhifəsində Fiorello Laquardiya adına məktəbi güllələməklə hədələyən 17 yaşlı yeniyetməni saxlayıblar.Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, saxlanılan yeniyetmənin adı Bennet Linndir.
Məlumata əsasən, Bennet Linn məktəbin qarşısında saxlanılıb. Axtarışlar zamanı yeniyetmənin evində və üzərində silah aşkar olunmayıb.