Polis mesaj yazıb intihar etdi: “Mən vətən xaini deyiləm”

Türkiyədə "Fətullahçı Terror Təşkilatı" (FETÖ) ilə əlaqəli olduğu ehtimal edilən polis işçisi intihar edib.
Türkiyə mətbuatına istinadən xəbər verir ki, adı açıqlanmayan şəxs intihar etməzdən əvvəl qohumları ilə vidalaşıb.
Kod adı H.E göstərilən polis daha sonra sosial şəbəkədəki hesabında “Mən vətən xaini deyiləm” mesaj yazaraq tapança ilə özünü öldürüb.
Qeyd edək ki, Türkiyədə “Fətullahçı Terror Təşkilatı” (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində 9103 hüquq-mühafizə orqanı əməkdaşı vəzifəsindən uzaqlaşdırılıb.