“Polisə əlavə səlahiyyətlər verilsin” - Aqil Abbas

Baxış sayı:
11922

“Polisə səlahiyyət vermək lazımdır ki, şübhələndiyi şəxsi küçədə saxlaya bilsin, üstünü yoxlasın ki, bıçaq var ya yox. Onda bıçaqlaşma da olmayacaq”.

Deputat Aqil Abbas bu təklifi Milli Məclisin plenar iclasında səsləndirdi. Baş verən bıçaqlanma hadisələrinə diqqət çəkən deputat bildirdi ki, məsələ ilə bağlı qanunvericilik istiqamətində addım atılmalıdır: “Yəni polis kimisə saxlayanda, mətbuat ayağa qalxmasın ki, belə hallar baş verir. Belə olan halda, bıçaqlaşma da, ölüm halları da olmayacaq. 4 santimetrdən kiçik olan bıçaqlar ölüm hallarına gətirib çıxartmır”.