​Polis helikopteri körfəzə düşdü

Baxış sayı:
7189

Braziliyada hərbi polis helikopteri Rio-de-Janeyro sahili yaxınlığında, Quanabara körfəzində qəzaya uğrayıb.
Muxalifet.az xəbər verir ki, vertolyotun göyərtəsində olan 4 nəfər xilas edilib.
Bildirilir ki, qəzaya uğrayan "Feniks 08" vertolyotu iki meqapolisi birləşdirən "Qırmızı xətt" avtomagistralına nəzarət edirmiş.
Vertolyotun hansı səbəbdən körfəzə düşməsi məlum deyil. Araşdırma başlayıb.