Polis bölməsinə silahlı və bombalı hücum: ÖLƏN VƏ YARALANANLAR VAR

Baxış sayı: 64

Yəmənin cənubunda yerləşən Abyan bölgəsindəki polis bölməsinə silahlı hücum təşkil edilib.
Hadisə nəticəsində 4 polis ölüb, 9-u yaralanıb.
Polis bölməsinə öncə bombalı avtomobillə hücum edilib, daha sonra silahlı şəxslər basqın həyata keçirib.
Qarşıdurma zamanı qarşı tərəfdən 3 nəfər öldürülüb. Hücumun məsuliyyətini hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib. Lakin basqının Əl Qaidə terror təşkilatı tərəfindən təşkil edildiyi ehtimal edilir.