​“Polis bizə qarşı "terrora" başlamışdır” – BEYLƏQAN SAKİNİ

Baxış sayı:
6874

Beyləqan sakini Ədalət Zeynalov tərəfindən Muxalifet.az-ın elektron poçtuna şikayət məktubu daxil olub. Şikayətçi oğlu Fərid Zeynallının qanunsuz olaraq həbs olunduğunu iddia edir:
“Dünən Beyləqan rayonunda həbs olunan və narkobaron adlandırılan oğlum Fərid Zeynallı qanunsuz həbs olunmuş, şərlənmişdir. Buna etiraz əlaməti olaraq oğlum Fərid Zeynallı özünə ağır xəsarət yetirmiş və aclıq aksiyası keçirir.
Mən bunu günlər öncə Beyləqanda Yol Polisinin yarıtmaz fəaliyyətini işıqlandırmağım və direktiv orqanlara bildirməyimlə bağlayıram. Sizdən xahiş edirəm, bu haqsızlığa imkan verməyəsiniz.
Mən və ailə üzvlərimin təhlükəsizliyinin təmin olunmasını istəyirəm. Polis bizə qarşı "terrora" başlamışdır”.
 
Muxalifet.az
 
Redaksiyadan: DİN-in rəsmi mövqeyini dərc etməyə çalışacağıq.