​Polis "Ayfon"nun sayəsində sağ qaldı - İnanılmaz

Baxış sayı:
5719

Tailandda Povaret Banyonq adlı polis əməkdaşı cibində “Ayfon” sayəsində sağ qalıb.
Muxalifet.az xarici mediaya istinadən xəbər verir ki, Pattaya şəhərində restoranların birində həmkarı ilə nahar edən Bayonq elə orada baş verən əlbəyaxa davaya müdaxilə etməli olub.
Belə ki, doğum gününü qeyd edən yerli mafiya liderlərindən biri restoran əməkdaşı olan xanımla mübahisə etməyə başlayıb.
Polisin qadını müdafiə etdiyini görən mafioz öz tapançası ilə polisə iki dəfə atəş açıb.
Güllələrdən biri Banyonqun qoluna, digəri isə cibindəki “Ayfon”a dəydiyindən o, ciddi xəsarət almaqdan son anda xilas olub.
Mafiya liderinin isə zərərsizləşdirildiyi deyilib.