Polip nədir, xərçəngə çevrilirmi? - Əməliyyat, yoxsa müalicə?

Baxış sayı:
12093

Polip qədim yunan dilindən poly sözündən götürülüb, ayaq deməkdir. Müxtəlif orqanların toxuma, selikli qişasında yaranan, sanki bir və ya bir neçə ayağı ilə qişaya, toxumaya bərk yapışmış bir anomal törəmədir. Poliplər boğaz, burun, qırtlaq, bağırsaq, mədə, sidik kisəsi, öd, uşaqlıqda rast gəlinir. Bir insanda çox sayda poliplərin yaranmasına meyillilik polipoz adlanır. Muxalifet.az medicina.az-a istinadən xəbər verir ki, son 3 ildə Azərbaycanda polip diaqnozu, hər müayinədə polip axtarışı və insanlarda bu törəməyə çox rast gəlməsi polipin niyə yaranması və necə müalicə olunması məsələsini aktuallaşdırıb və bu mövzuda yanlış istiqamətlər çoxdur. Polipin forması və xarakteristikasına görə növü çoxdur. Yaranma səbəbləri isə müxtəlifdir. Elə polip var iltihabi prosesdən yaranır, elə polip var allergikdir. bəzənsə toksinləşmədən formalaşır. Qadınlarda çoxsaylı abortlar, hormonal fonun pozulmasından baş verir. 90 % hallarda polip xoşxassəli olur, elə də ciddi təhlükəsi olmur. 10-15% hallarda bədxassəliyə çevrilər bilər, daha çox böyümüş poliplər təhlükəlidir. Ona görə polip aşkarlanıbsa, xəstə mütləq ildə 1 dəfə yoxlanmalı, polipi nəzarətdə saxlamalı, əgər şübhəli məqam və sürətli böyümə varsa, o zaman əməliyyatla xaric edilməlidir. Diaqnoz və müalicə Poliplər USM, rentgen, endoskopiya, kolonoskopiya və ya hər hansı orqanda əməliyyat zamanı görülə bilər. Poliplər daha çox yoğun bağırsaqda, öddə olduqda həkimi təcili addım atmağa məcbur edir. Polipin dərman müalicəsi yoxdur, yalnız ölçülər böyük və yerləşməsi təhlükəli olduqda endoskopik yolla çıxarılır. Polipi olan insanlar isti sauna, gündə qaralma, bir sıra fizioterapiya, vitamin terapiyadan uzaq durmalıdır və mütləq bu prosedurlarda həkiminə polipinin olmasını bildirməlidir. Poliplər nadir halda hansısa simptomla özünü göstərir, ağrı vermir. Polip əməliyyatla xaric edildikdən sonra, mütləq histoloji müayinəyə göndərilir.