​Polad Bülbüloğlu Rusiyada medala layiq görüldü

“Rus İfaçılıq Sənəti” Fondu Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlunu mükafatlandırıb.
Muxalifet.az xəbər verir ki, bu barədə TASS informasiya yayıb.
Polad Bülbüloğluna fondun yaranmasının 25 illiyinə həsr olunmuş medalı “Rus İfaçılıq Sənəti” Fondunun prezidenti Valeri Vorona təqdim edib.
O, görkəmli sənətkarın Rusiya və dünya mədəniyyətinə verdiyi töhfələrdən söz açaraq, musiqi üçün gördüyü işlərdən danışıb:
"Azərbaycan səfiri musiqi sənəti üçün olduqca böyük işlər görüb"
Polad Bülbüloğlu təşkilat rəhbərinə haqqında deyilən xoş sözlərə görə təşəkkür edib:
"Mən bu mükafata görə sizlərə dərin təşəkkürümü bildirirəm və buradakı heyətə yaradıcılığında uğurlar arzu edirəm".