​“Pokrov Məhərrəm” Azərbaycana belə deport edildi - VİDEO

Baxış sayı:
20217

Rusiyada yaşayan tanınmış azərbaycanlı iş adamı, kriminal aləmdə “Pokrov Məhərrəm” kimi tanınan Məhərrəm Quliyev Rusiyadan deportasiya olunub.
Muxalifet.az
qafqazinfo-ya istinadən xəbər verir ki, o, Moskvanın “Şeremetyevo” hava limanından Azərbaycana yola salınıb.
Qeyd edək ki,  Məhərrəm Quliyev ötən ayın sonlarında paytaxt polisinin əməkdaşları tərəfindən miqrasiya qanunlarını pozduğuna görə tutulmuşdu. O, Rusiyada qeyri-qanuni yaşayırmış. Məhkəmə avtoritetin ölkədən kənara çıxarılmasına qərar verib.
Xatırladaq ki, bir vaxtlar Həsənov Biryulyovodakı Pokrovka meyvə-tərəvəz bazasında “nəzarətçi” olub və “qanuni oğru” Rövşən Canıyevin (Lənkəranski) yaxın ətrafına daxil olub.