“Pəncə” əməliyyatında öldürülən terrorçu sayı artdı

Baxış sayı:
9691

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Şimali İraqa yönəlik davam etdirilən Hakurk mərkəzli “Pəncə” əməliyyatı haqqında açıqlama verib. Əməliyyatların hava və qurudan qətiyyətlə davam etdiyinə diqqət çəkən Akar, gəlinən nöqtə ilə bağlı rəqəmləri paylaşıb. 27 may tarixindən bu yana davam etdirilən əməliyyatlarda terrorçulara aid mağara və yaşam yerlərinin məhv edildiyi, əməliyyatlarda təsirsiz hala gətirilən terrorçu sayı nazir tərəfindən açıqlanıb. “Pəncə” Hərəkatı ilə yanaşı, ölkə daxilində və sərhəddən kənar terrorla mübarizənin davam etdiyini dilə gətirən Akar, "İraqın şimalındakı hədəflərə yönəliki hərəkatlarda son bir həftədə 25 terrorçu təsirsiz hala gətirildi. Ölkə daxilində də 11 terrorçunu təsirsiz hala gətirdik. Beləcə 27 maydan bəri 64 terrorçu təsirsiz hala gəldi" deyib. Müxalifət.az