​"Əpl"in ABŞ-a ödədiyi vergi - Şok rəqəm

Baxış sayı:
1994

"Əpl" (Apple) şirkəti ABŞ-a ödədiyi vergi ilə ölkənin iqtisadi inkişafında mühüm rol oynayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı “CNN Türk” yazıb. Məlumata görə, şirkət ABŞ-a 350 milyard dollar vergi ödəyib.
Məlumatda həmçinin o da vurğulanıb ki, "Əpl" dünyanın ən böyük şirkətlərindən biri sayılır və şirkət ödədiyi vergi ilə bir çox ölkəni təkbaşına idarə etmək potensialına malikdir.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Əpl məhsullarının istehsalının Çində deyil ABŞ-da olmasını tələb etmişdi. Bu tələblə yanaşı, Tramp "Əpl" şirkətinin ABŞ şirkətləri ilə ortaq iş birliyinə girməsini istəmişdi.