PLASTİK TORBALARDAN VƏ BİRDƏFƏLİK QABLARDAN İSTİFADƏNİN ZƏRƏRLƏRİ... – Ekologiya təşkilatı maarifləndirmə işlərini davam etdirir

Baxış sayı:
967

“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Plastik və polietilen qablaşdırmanın azaldılması üçün əhalinin təşviqi və maarifləndirmənin aparılması” layihəsi çərçivəsində Bakı şəhərində yerləşən supermarketlərdə (“Bazarstore”, “Bizim Market”, “Bravo”, “Arazmarket” və s.) təşkilat tərəfindn nəşr edilən iki növ posterlərin (cəmi 100 ədəd) və maarifləndirmə üçün nəzərdə tutulmuş bukletlərin yayılması işlərini davam etdirmişdir.
İctimai Birlikdən verilən məlumata əsasən, ETSN-lə razılaşdırılmış posterlərin supermarketlərdə görünən yerdə vurulması üçün onlara təqdim edilmiş və müvafiq qaydada sənədləşdirilmişdir. Bundan başqa posterlərin əhalinin daha geniş təbəqəsinə çatması üçün şəhərin görməli yerlərində (“Elmlər Akademiyası” metrosunun qarşısı, Sahil bağı, Space TV-nin qarşısı və sair) quraşdırılan stendlərdə vurulması işləri aparılmışdır.
Əhalinin plastik torbalardan və birdəfəlik plastik qablaşdırmadan istifadəsini azaltmaq üçün tərtib olunmuş maarifləndirici bukletlər spermarketlərdə alıcılar və satıcılar, eyni zamanda əhalinin geniş təbəqələri arasında paylanmışdır.
Plastik torbaların və birdəfəlik plastik qabların azaldılması istiqamətində işlər davam edir.

Muxalifet.az