​Planetin ən zəngin insanları məlum oldu

Baxış sayı:
6148

ABŞ-ın “Forbes” jurnalı planetin ən zəngin insanlarının reytinqini dərc edib.
Muxalifet.az xəbər verir ki, birinci yerdə “Amazon” onlayn satış nəhənginin sahibi Cef Bezos gəlir. Onun varidatı 112 milyard dollar təşkil edir.
“Bezosun uğuru “Amazon” səhmlərinin bahalaşması ilə əlaqədardır. 2017-ci ildə səhmlər 60%-ə yaxın bahalaşıb” deyə məqalədə qeyd olunur.
Reytinq cədvəlində ikinci pillədə 90 milyard dollarlıq kapitalla “Microsoft” şirkətinin təsisçisi Bil Qeyts qərarlaşıb.
Planetin ən zəngin üçüncü şəxsi isə Amerikalı investor Uorren Baffetdir. Onun aktivləri 8,4 milyard dollara yaxın artaraq, 84 milyard dollara çatıb.
Xatırladaq ki, hələ ötən il “Bloomberg” və “Forbes” Bezosun dünyanın ən zəngin insanı olduğunu bildirmişdi.