Plan ortaya çıxdı! - "MƏSCİD-İ AKSA"nı DAĞIDACAQLAR

Baxış sayı:
6976

Qüdsü Yahudilləşdirmə yolunda İsrailin paytaxtı elan edən və səfirliyini şəhərə daşıyan ABŞ-ın "Məscid-iAksa"nın sökülməsini istəyən planı ifşa olub. ABŞ-ın səfiri Devid Friedmana İsrailin Bnei Brak şəhərini ziyarətində hədiyyə edilən Qüds şəklinin yer aldığı fotoşəkildə "Məscid-i Aksa"nın yerinə Süleyman Məbədinin inşa edilmiş vəziyyəti göstərilib.
 
ABŞ-ın İsraildəki səfiri Devid Fridmanın son qalmaqalı, ölkəsinin Fələstin dövlətini yıxmağa yönəlik planının üçüncü mərhələsini ortaya çıxarıb. İsrailin paytaxtı Təl-Əvivdə yerləşən səfirliyini mayın 14-də Qüdsə köçürərək Qüdsü "İsrailin paytaxtı olaraq elan edən" ABŞ-ın növbəti hədəfi isə İslamın ilk qibləsi olan "Məscid-i Aksa"nı yıxmaqdır. Fridman "Məscid-i Aksa"nın olduğu sahəyə Süleyman Məbədinin inşa edildiyini göstərən bir fotoşəkillə əsil niyyətlərini ortaya qoymuş oldu. İsrailin “Haaretz” qəzetində yer alan xəbərə görə, "Achiya" adlı yardım orqanının bir əməkdaşı Friedmana İsrailin Bnei Brak şəhərini ziyarət etdiyi zaman fotoşopla "Məscid-i Aksa"nın yerinə Süleyman Məbədi inşa edilmiş kimi göstərilən Qüds şəkli hədiyyə edib. Sosial mediada paylaşılan görüntülərdə, səfir Fridmanın təpkilərə səbəb olan fotonu alarkən gülümsədiyi görünür.
ABŞ-ın İsrail səfirliyi, Fridmanın qalmaqal şəkli ortaya çıxanda gülünc bir arqument ortaya qoyub. Aparılan yazılı açıqlamada, Fridmanın "baş verən hadisədən böyük təəssüf etdiyi" iddia edilib. Fotonun Fridmana təqdim edirdiyi zaman guya səfirin dəyişiklikdən xəbərdar olmadığı bəyan edilib. Bəyanatda həmçinin, ABŞ-ın "Məscid-i Aksa", o cümlədən Qüdsdəki müqəddəs yerlərin qorunmasının tərəfdarı olduğu qeyd edilib.

Müxalifət.az