​Plan ifşa olundu - QƏTƏRİ İŞĞAL ETMƏYƏ ÇALIŞIBLAR

Baxış sayı:
3667

Hurriyyet.org xəbər verir ki, Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirliklərinin Qətərə qarşı işğal planı hazırladıqları iddia edilib.
Səudiyyə Ərəbistanı İlə BƏƏ-nin Qətə ilə diplomatik böhranının ilk günlərində Qətərə qarşı hərbi müdaxilə üçün addım atdıqları, lakin işğal planının ABŞ-ın keçmiş xarici işlər naziri Reks Tillerson tərəfindən dayandırıldığı iddia edilir. İddiaya görə hadisə, Tillersonun işdən çıxarılmasında da rol oynayıb.
“The Intercept” nəşrinin yazdığına görə, hərbi müdafilə planına gör BƏƏ tərəfindən hərbi dəstək alacaq Səudiyyə quru qüvvələri sərhəddən 100 km-ə qədər içəri irəliləyərək Qətərin paytaxtı Dohanı ələ keçirməyi nəzərdə tuturmuş. Mətbu orqanı Qətər dövlətinin başçısı Əl Taniyə qarşı da hücumların planlaşdırıldığını bildirib. Məqalədə Səudiyyə birliklərinin ABŞ-ın Dohada 10 min nəfər amerikalı hərbçinin yerləşdiyi El Udeyd Hava bazasını sadəcə mühasirəyə almağı planlaşdırdığı deyilir.
Səudiyyə Ərəbistanı ilə BƏƏ-nin Qətəri işğal planının Qətər kəşfiyyatı tərəfindən ABŞ-ın keçmiş xarici işlər naziri Reks Tillersona çatdırıldığı bildirilir. Lakin Tillersonun belə bir əməliyyata başlamamaları üçün Səudiyyə kralı Salmanla əlaqə saxladığı, bundan sonra ABŞ ilə Səudiyyə arasındakı münasibətlərin korlanmaması üçün vəliəhd şahzadə Məhəmməd bin Salmanın hərbi müdaxilə planından vaz keçdiyi irəli sürülüb.
Xəbərdə deyilir ki, bu hadisə Tillersonun vəzifədən çıxmasında rol oynayıb – həmin hadisədən sonra Birləşmiş Ərəb Əmirlikləri Vaşinqtonda Tillersonun əleyhinə lobbi fəaliyyətlərinə başlayıbmış.