“Əpl” üzr istədi: qiymətlər 29 dollara endi

Baxış sayı:
1574

“Əpl” (Apple) şirkəti istehsal etdiyi Ayfon telefonlarının işləmə sürətini batareyanın enerjisinə qənaət etmək üçün qəsdən yavaşlatdığına görə müştərilərdən üzr istəyib.
Muxalifet.az xəbər verir ki, istifadəçilərin şikayətindən sonra şirkət batareyaların qiymətini 79 dollardan 29 dollara endirib.
Məlumatda o da qeyd olunub ki, bu qiymət “Ayfon” 6, 6S, 7 və SE modellərinə bir il ərzində şamil olunacaq.