​"Əpl" şirkətinin BAŞI BƏLADA

Ötən il ilk dəfə bir cüt əsas kamera ilə "Ayfon 7" və "Ayfon 8" plyus istifadəçilərin marağına səbəb olsa da, bu yenilik "Əpl" üçün problem yaradıb.
Muxalifət.az xəbər verir ki, şirkət bu özəlliyinə görə İsrail forması tərəfindən məhkəməyə verilib.
İsrailin texnologiya forması “Coreophotonics” "Əpl" şirkətinin cüt kamera texnologiyası ilə patent hüquqlarını pozduğunu bildirir.
Şirkət bu iddia ilə məhkəməyə müraciət edib. İddiaya görə, "Ayfon 7" və "Ayfon 8" plyusda istifadə edilən cüt kameralar ideyası onlara məxsusdur. İki kamera özəlliyi "AyfonX"da olsa da, İsrail şirkəti onun adını məhkəmə iddiasında hallandırmır. Bunu hələ telefonların satışa yeni təqdim edilməsi ilə əsaslandırılıb. Lakin gələcəkdə onun da adının məhkəmədə hallandırılmasıl istisna edilmir./publika/