PKK\YPG xristian Suryanilərə aid məktəbin direktorunu girov götürdü

Baxış sayı:
5713

YPG/PKK, Suriyanın şimalındakı Qamışlı bölgəsinin Derinde rayonunda xristian Süryanilərə aid bir məktəbin direktoru Şarbil Korkisi, terrorçuların təqdim etdiyi tədris planını qəbul etmədiyi üçün evdən qaçırıb.
 
Qeyd edək ki, terror təşkilatı, bir müddət əvvəl bəzi Qərb ölkələrinin təzyiqi ilə, avqust ayında bağladığı Süryani məktəblərinin açılmasına icazə vermişdi. Ancaq terrorçuların zorla qəbul etdirmək istədiyi tədris planı ilə bağlı anlaşma əldə edilmədiyi üçün hələ də dərslər başlamayıb.
 
Korkisdən hələ də xəbər yoxdur
 
Dünya Süryanilər Şurası dünən verdiyi açıqlamada YPG/PKK-nın Qamışlıda bir mülki şəxsi, sosial mediada təşkilat əleyhinə paylaşma etdiyi üçün girov götürüldüyünü bildirmişdi.
Şura, 24 sentyabrdakı açıqlamasında da təşkilatın Süryani məktəblərindən məsul Nsibin İnstitutunun direktoru və müəllimi İsa Rəşidə sui-qəsd etdiyini bildirmişdi.
Terror təşkilatı, işğal etdiyi ərazilərdə yerləşən məktəblərdə üç ildir ki, tələbələrə Kürd etnik mənsubiyyəti əsas olan militarist fikirlər təbliğ olunur. YPG/PKK, ibtidai siniflərlə başladığı və keçən il 9-ci siniflərə da tətbiq etdiyi tədris planı, bu il 10-cu və 11-ci siniflərə da yaymağa hazırlaşır. Uşaqlarını terror təşkilatı təbliğatından uzaq tutmaq istəyən valideynlər isə xüsusi məktəblərə üz tutur. Ancaq təşkilat, bu məktəblərə basqınlar təşkil edərək təhdid edir və yaxud da bağlayır.
Müxalifət.az