PKK/YPG son qalanı də işğal etdi!

Baxış sayı:
5230

 Suriyada SDG adını istifadə edən terror təşkilatı YPG/PKK Deyrizorda döyüşməyə davam edən İŞİD-çıların olduğu son ərazini də ələ keçirdiklərini bildiriblər.
 
SDG adını istifadə edən YPG/PKK-nın sözçülərindən Mustafa Bali Twitter hesabından Deyrizorun Bagoz rayonunda İŞİD-çıların toqquşduğu son ərazi olan Düşərgələr Bölgəsini də ələ keçirdiklərini irəli sürüb.
Qeyd edək ki, YPG/PKK və ABŞ Suriya-İraq sərhədindəki Deyrizor rayonunun Bagoz mahalında bağça və düşərgələrin yer aldığı sahədə qalan son İŞİD-çı qrupla 15 fevralda təxliyə barədə razılığa gəlmişdi. Müqavilə çərçivəsində o tarixdən etibarən çoxsaylı İŞİD üzvü bölgədən ayrılaraq təslim olmuşdu.
 
KOALİSİYA HAVA DƏSTƏYİ TƏMİN EDİR
 
 Ancaq iki terror təşkilatı arasında razılaşmaya qoşulmayan İŞİD içindəki əcnəbilərdən ibarət kiçik bir qrup ilə YPG/PKK arasında Düşərgələr Bölgəsində döyüşlər gedirdi. Sonuncu qrupun da təslim olması üçün hücum başladan YPG/PKK-ya ABŞ rəhbərliyindəki koalisiya da hava dəstəyi verirdi.
İŞİD-ın Bagozdan çıxarılması ilə Fərat çayının şərqində İraq sərhədi ilə arada yer alan rayonun demək olar ki, hamısı terror təşkilatı YPG/PKK işğalına girib. Beləliklə, 2014-ci ildə İŞİD əleyhinə koalisiya çatısı altında Suriya vətəndaş müharibəsinə daxil olan ABŞ-ın Suriyada və YPG/PKK-lı terrorçulara dəstək vermək üçün bəhanəsi də ortadan qalxmış oldu.
Müxalifət.az