PKK/YPG Əsəd rejiminin konvoyunu əngəllədi

Baxış sayı:
5215

Rusiya Əsəd rejiminin Suriyanın Qırmızı Aypara ilə Fəratın şərqinə göndərdiyi humanitar yardım daşıyan konvoyun terror təşkilatı YPG tərəfindən qarşısının alındığını açıqlayıb.
 
 Rusiya Müdafiə Nazirliyinin Suriyadakı Tərəfləri Uzlaşdırma Mərkəzinin komandiri Sergey Solomatin etdiyi açıqlamada, dünən Əsəd rejiminin Suriya İctimai Ərəb Qızıl Aypara Cəmiyyəti ilə Fəratın şərqində yerləşən Xaçın yaşayış məntəqəsinə göndərilmək üçün humanitar yardım konvoyu təşkil etdiyini bildirib.
Terror təşkilatı YPG-nin humanitar yardım konvoyunun regiona girməsinə mane olduğunu bildirən Solomatin, bunları qeyd edib:
“Konvoydakı mineral su, ərzaq məhsulları, dərman və tibbi ləvazimatlar, gigiyena məhsulları və əsas tələbat məhsullarını daşıyan 10 yük maşını El-Hüseyniyə yaşayış məntəqəsi ərazisində Amerikan tərəfdarı Suriya Demokratik Qüvvələri (SDG) mənsubu kürd birlikləri tərəfindən əngəllənib. ABŞ Silahlı Qüvvələri nümayəndələrinin qəti qadağa qoyduğunu bildirən kürd birlikləri, maşınların hərəkətini əngəlləyərək maşın karvanını geri qayıtmağa vadar edib".
 Xəbərə görə, Solomatin Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Qızıl Xaç Komitəsinin Suriya Qırmızı aypara Cəmiyyətinə ölkə daxilində sərbəst və maneəsiz şəkildə humanitar yardım etməsi üçün səlahiyyət verməsinə baxmayaraq Hecmin-dəki ehtiyaclılara yardım çatdırıla bilinmədiyini bildirib.
Müxalifət.az