PKK/YPG-nin yeni SDG oyunu İfşa oldu

Baxış sayı:
6025

Terror təşkilatı YPG/PKK Türkiyə sərhədində işğal etdiyi Tel Abyad və Aynul-Arabda (Kobani) nəzrətində olduğu sözdə hərbi məclisləri özünün təşkil etdiyi SDG-yə təhvil vermiş kimi göstərərək varlığını gizləməyi davam etdirmə qərarı verib.
 
Bölgədəki yerli qaynaqlardan alınan məlumata görə, YPG/PKK Türkiyə sərhədində yer alan və Rakka şəhərinə bağlı Tel Abyad ilə Ayn al Arabdakı sözdə hərbi məclislərini SDG-yə təhvil verib.
Qaynaqlar sözdə məclislərin vəzifələrinin şəhəri müdafiə etmək və sərhəd təhlükəsizliyini qorumaq olduğu bildirilib.
Qaynaqlar təşkilatın bu yolla Türkiyə sərhədində YPG/PKK yerinə, SDG-nin olduğunu göstərmək məqsədi daşıdığını, bununla da PKK-nın gizlənməsinə şərait yaradıldığını ifadə edib.
Qeyd edək ki, YPG/PKK Suriyada silah və lojistik dəstəklə özünə yaxın tutduğu bəzi kiçik qrupları 12 oktyabr 2015-də SDG adı altında bir araya gətirmişdi.
O dövrdən bu yana, Suriyanın üçdə birini işğal edən terror təşkilatı YPG/PKK, SDG adını istifadə edir.
PKK-ni terror təşkilatı olaraq qəbul edən ABŞ, təşkilatla əməkdaşlığı rəsmiləşdirmək üçün örtük təşkilat olan SDG-ni yaratmışdı. ABŞ Xüsusi Qüvvələr komandanı general Raymond Tomas 22 iyul 2017-də YPG-nin adını onların tövsiyəsiylə "Suriya Demokratik Gücləri" (SDG) olaraq dəyişdirdiyini etiraf etmişdi.
Terror təşkilat işğal əarzilərində rəhbərliyin guya bölgə xalqında olduğunu göstərmək üçün mülki və hərbi məclislər qurur.
Müxalifət.az