PKK/YPG-nin Türk əsgəri xofu: Müəllimlərə də zorla silah paylanıb

Baxış sayı:
11071

 Türkiyənin Fəratın şərqinə edəcəyi əməliyyat öncəsi təşviş içərisində olan PKK/PYD-li terrorçular Rasulayn(Kobani) rayon mərkəzində bir küçəni tamamilə bağlayıb. Terrorçuların intensiv olaraq istifadə etdikləri prospekti boydan boya dəmirlərlə montajlayaraq pilotsuz İHA və SİHA-ların görüntü almaması üçün üstünü çadırlarla bağlamaq istiqamətində iş aparır.
Digər tərəfdən, PKK/PYD-li terrorçular bölgədə dinc əhaliyə də təzyiq göstərməyi davam etdirir. Mülki əhalinin bölgədən ayrılmasına icazə verməyən terrorçuların son olaraq Rasulayn-dakı 170 müəllimin işinə son verərək zorla silah altına alıb, məktəblərdə hərbi təlim verdiyi qeyd olunub.
Müxalifət.az