PKK/YPG-nin İdilib əməliyyatındakı hədəfi

Baxış sayı:
2131

Hələb və Şərq Quta başda olmaqla, bir çox şəhərdəki Əsəd rejiminə müxalif qüvvələrin sığındığı şəhər olan İdlibdə 2 milyona yaxın insan yaşayır. Ekspertlərə görə, TSQ-nin keçirdiyi “Zeytun Budağı” hərəkatı Afrindən təmizlənən terror təşkilatı PYD/YPG-ni, şəhərin cənub və cənub-şərq bölgələrindəki çöl ərazilərinə  sıxışdırdı.
 
Qaçdığı bu çöllük ərazilərdə də Türkiyənin ehtimal olunan əməliyyatlarından qorxan terror təşkilatı, bu səbəblə arxasını Əsədə söykəndirməkl istəyir. Bunun üçün də İdlib əməliyyatına rejim cərgələrində qoşularaq Afrin ətrafındakı varlığını zəmanətə almağı hədəfləyir. Təşkilatın İdlib məsələsində bu qədər həvəsli olmasının bir səbəbi də Türkiyədən Afrinin intiqamını almaq istəyi ilə bağlıdır.
Müxalifət.az