PKK/YPG-nin ABŞ qorxusu: “BİZİ ATACAQLAR” - ŞƏRH

Baxış sayı:
3969

Fransız xəbər agentliyi “AFP” terror təşkilatı PKK-nın Suriya qolu olan YPG üzvlərinin, ABŞ-ın regionda onları tək qoymasından qorxduqlarını xəbər verib.
 
Terror təşkilatı YPG-nin əsasını təşkil etdiyi qondarma Suriya Demokratik Qüvvələrinin (SDG) Raqqanı geri almasından sonra ABŞ Suriyada təxminən 2000 nəfərdən ibarət hərbi qüvvəsinin bir hissəsini geri çəkib. AFP-nin xəbərinə görə isə terror təşkilatı YPG hazırda ABŞ-ın bu müttəfiqliyi bitirəcəyi təqdirdə regionda əldə etdiyi “nailiyyətləri”ni itirməkdən ehtiyat edir.
 AFP-yə açıqlama verən 37 yaşındakı Rafea İsmayıl adlı təşkilat üzvü ABŞ-ın YPG-ni bir müddət sonra tərk edəcəyini düşünür: "ABŞ bizi uzun müddət alət olaraq istifadə etdi. İndi qorxuruq ki, işləri bitincə bizi tamamilə unudacaqlar".
45 yaşındakı xarici dil müəllimi Naval Farzand isə Raqqanı İŞİD-dən YPG-nin xilas etdiyini, buna görə də "ABŞ-ın onları tərk edib, Türkiyəyə yanaşmaması lazım olduğunu" iddia edir.
Terror təşkilatı YPG-nin qadın birliyinin üzvü Nəsr Abdullah isə regionda İŞİD təhdidinin davam etdiyini və müharibənin davam edəcəyini iddia edib. Abdullah, "Koalisiya qüvvələrinin burada qalaraq təhlükəsizliyi və sabitliyi təmin etməsi vacibdir. Çünki İŞİD təhdidi davam edir" deyə, bildirib.
Bu açıqlamadan da görsənir ki, İŞİD-in terror adına regionda varlığı PKK/YPG terror təşkilatının işinə yarayır. Çünki İŞİD təhlükəsi bəhanəsi onlara milyardlarla dollar “qazanc, silah, ordu və “kukla dövlət” yaratmaq imkanı tanıyır. PKK bütün zamanlarda geosiyasi alət olaraq istifadə olunub və bu gün də bu yararlanma davam edir. Bunu YPG terrorçusu da açıqlamasında etiraf edir. Ona görə də PKK/YPG terrorçularını qorxu bürüyüb ki, birdən ağaları olan ABŞ onları tərk edər və indiyədək düşmənçilik etdikləri Suriya xalqı və Türkiyə ilə baş-başa qalarlar. Artıq son ərəfədə anlamağa başlayıblar ki, kürdlərin bütün iddiia və qazancları ABŞ kimi dünya güclərinin geosiyasi maraqlarının sərhədlərinə qədərdir. Ona görə də bütün alətlər kimi, onlardan istifadə olunduqdan sonra atılacaqları gerçəyi artıq PKK terrorçularının canlarına üşütmə salıb.
Müxalifət.az