PKK/YPG Münbiçdə Türk əsgəri ilə döyüşə hazırlaşır

Baxış sayı:
2866

Terrorçu PKK-PYD ünsürləri “Zeytun budağı” əməliyytatı zamanı Afrində inşa etdikləri gizli tunellərin bənzərini eynilə Münbiç ətrafındakı yüksəkliklərdə də inşa etməyə hazırlaşırlar.
 
Suriyada PKK-PYD terror təşkilatına mənsub terrorçular, Afrin və ətrafında inşa etdikləri tunellərə bənzər bir layihəni indi də Münbiç ətrafındakı yüksəkliklərdə həyata keçirməyə cəhd edirlər. Terrorçular şəhərin ətrafında bir avtomobilin rahat girə bələcəyi tunel qazıntılarını başladıblar.
Qeyd edək ki, terrorçular Münbiç və ətrafındakı xəndəklərin qazılması zamanı görüntülənmişdi. Bundan sonra terrorçuların bu mövqeləri Türkiyə tərəfindən artilleriya atəşinə tutuldu ​​və terrorçular bu bölgədə işlərini dayandırdılar. Ancaq terrorçlar tunel inşa etmək üçün olduqları mövqelərdə hələ də gizlənməyə davam edirlər.
 Müxalifət.az