PKK/YPG kəndə basqın etdi: 5 Kürd siyasətçini girov götürdü

Baxış sayı:
12589

 Terror təşkilatı YPG/PKK Suriyanın İraqla sərhədindəki bir kənd basqın edərək Suriya Kürd Milli Şurasının (ENKS) beş üzvünü girov götürüb.
 
ENKS-nın dünən axşam saatlarında etdiyi yazılı açıqlamaya görə, terror təşkilatı YPG/PKK-lılar 4 apreldə İraq sərhədi yaxınlığında yerləşən Dəri bölgəsindəki mühasirə etdiyi Bani Şefti kəndinə basqın edib.
Təhdid edərək gənclərin üstünü axtaran terrorçular ENKS-yə bağlı "Kürdüstan Demokratik Partiyası" (PDK-S) üzvlərindən Bassam Əbdülqədir, Siban Məhəmməd Əhməd, Nuru Yusif, Mərək, Raşid Mahtac Ömər və Mivan Abdulla Keleşi girov götürüb.
Terrorçular müxalif Kürd siyasətçiləri kənd əhalisinin gözü qarşısında silah gücü ilə aparıb.
Açıqlamada, "ENKS olaraq Kürd vətəndaşlara və xüsusilə Suriya Kürd Milli Şurasının üzvlərinə qarşı terror aktlarını pisləyirik. Beynəlxalq ictimaiyyəti, insan haqları təşkilatlarını və Kürd partiyaları PYD-yə təzyiq göstərməyə çağırırıq" deyə qeyd olunub.
Suriyanın üçdə birini işğal edən terror təşkilatı YPG/PKK bu sahələrdə özünə müxalif siyasət aparılmasına icazə vermir. Təşkilat daha əvvəl də bir neçə dəfə ENKS üzvlərini saxlamış, siyasi partiyaların ofislərini yandırmış və ya bağlamışdı.
Müxalifət.az