PKK/YPG-dən qaçan polkovnik Silo indi də İNGİLİS MEDİASINA DANIŞDI

Baxış sayı:
4997

Terör təşkilatı PKK-nın Suriya qolu YPG-nin əksəriyyət təşkil etdiyi SDG-nin Türkiyəyə qaçan keçmiş sözçüsü Talal Silo, YPG ilə terror təşkilatı İŞİD arasında Raqqada əldə edilən anlaşmanın oxşarının Menbicdə də təkrar olunduğunu irəli sürüb.
 
Terror təşkilatı YPG-nin əsasını təşkil etdiyi SDG ilə İŞİD arasında Raqqada əldə edilən anlaşma çərçivəsində deyilənlərdən fərqli olaraq, çox sayda terroçunun şəhər xaricinə çıxışına icazə verildiyi, bir çox xarici döyüşçünün onlar arasında yer aldığı və avtomobil konvoylarına silah arsenalı yükləndiyi ortaya çıxıb.
Keçən ay Türkiyəyə qaçan SDG-nin sözçüsü Silo, Raqqada baş verənlərin Menbicdə də təkrar olunduğu və anlaşma ilə 2000 İŞİD döyüşçüsünə şəhərdən çıxış üçün icazə verildiyini irəli sürüb.
Polkovnik Silo, “Times” dakı müsahibəsində, SDG-nin İŞİD döyüşçülərinə sənəd satdığını da iddia edib: "Menbicdən təxminən 2000 İŞİD-çi çıxdı. Onlar şəhəri tərk edərkən oradaydım. Çıxarkən SDG komandirlərindən sənəd aldılar".
Keçmiş SDG sözçüsü, SDG-nin aşağı səviyyədəki İŞİD döyüşçülərinə öz nəzarətindəki torpaqlarda sərbəst səyahət edə bilmələri üçün 200 dollara səyahət sənədi satdığını, yüksək səviyyəli İŞİD-çılara isə daha yüksək məbləğə sənədlər satıldığını" önə sürüb.
 
Silo ABŞ-ı UTANDIRIR
 
“Times”, Silonun Türklərin gözündə ulduz bir şahid olduğunu, Kürdlərin onun təzyiq altında olduğunu iddia etdiyini, Amerikalıları isə utandırdığını yazıb.
Qəzet, ABŞ-ın Silonun açıqlamalarını təkzib etməyə çalışdığını bildirib.
Silo daha əvvəlki müsahibələrində, YPG-nin, ABŞ-ın İŞİD ilə Mübarizə Koalisiyasında Xüsusi Nümayəndəsi Brett Makgurkün istəyi ilə SDG olaraq adlandırıldığını irəli sürmüşdü.
Müxalifət.az