PKK/YPG-dən polkovnik Talal Silo AÇIQLAMASI GƏLDİ

Terror təşkilatı PYD Talal Silonun Azad Suriya Ordusuna qoşulmasını və Türkiyəyə sığınmasını onun təhdid edilməsinə bağladı.
 
Terror təşkilatı YPG-nin verdiyi açıqlamada Silo ilə təmasın tamamilə kəsildiyi ifadə edilib və "General Talal Silo hörmət edilən bir komandirdir. Talal Silonun itməsi Türk kəşfiyyatı tərəfindən aparılan və Silonun ailəsini də əhatə edən xüsusi bir əməliyyat nəticəsində mümkün olub" deyə, şantaj xarakterli qabaqlayıcı fikir bildirilib. Maraqlıdır ki, PKK/YPG-nin bu açıqlaması ilə ABŞ-ın “adamımız qaçırıldı” fikri üst-üstə düşdüyü də bir daha göstərir ki, hər şey bir mərkəzdən idarə olunur və bütün siyasəti məhz Vaşinqtin müəyyənləşdirir.
ABŞ-ın rəhbərlik etdiyi İŞİD əleyhinə koalisiya isə "Talal Silo SDG-dən ayrıldığı iddialarından xəbərdarıq, ancaq bu mərhələdə əlimizdə daha çox detal yoxdur" deməklə, kifayətlənib.

QAÇIŞIN SƏBƏBİ NEFT DAVASIDIR
 
SDG-nin media üzü olan Silonun təşkilatdan ayrılması ilə bağlı detallar da ortaya çıxmağa başlayıb. Silonn son zamanlar təşkilat rəhbərliyi ilə arasının açıldığı, PKK yuvası olan Qəndildən gələn tapşırıqlardan narahat olduğu bildirilir. Artıq fikirlərinin diqqətə alınmaması, SDG-nin ələ keçirdiyi ərazilərdə çıxan neftin satışından əldə edilən gəlirin bölgüsündə baş verən əyriliklər Silonun təşkilatın rəhbər heyətilə münasibətlərinin pozulmasına səbəb olduğu qeyd edilir.

Müxalifət.az