PKK/YPG buna görə Münbiçi tərk etmir!

Baxış sayı:
6067

ABŞ-ın dəstəklədiyi terror təşkilatı PKK/PYD, hər gün tonlarla yanacaq dolu TIR-ların keçdiyi Münbiçi, keçid zamanı əldə etdiyi gəlir üçün tərk etmir.
 
Terror təşkilatı PKK/PYD nəzarətində olan Münbiçdə TIR və yük maşınıları üçün yaradılan keçid məntəqəsi İxlas Xəbər Agentliyi (İHA) tərəfindən görüntülənib. Əksəriyyətini təşkilatın nəzarətində olan Deyrizor və Rakkadan yanacaq gətirən TIR və minlərlə yük avtomobili Münbiçdə terror təşkilatı tərəfindən yaradılan keçid məntəqəsində dayandırılır.
Bir TIR, yaxud yük maşını üçün təxminən 300 TL vergi alındığı, terror təşkilatı PKK/PYD-nin gündəlik qazancının çox yüksək olduğu qeyd olunur. Həm satdığı yanacaqdan gəlir əldə edən təşkilat, həm də bu keçid məntəqəsindən yüksək gəlir əldə etdiyi bildirilir. Amerikan əsgərlərinin də gün boyu yaxın nöqtələrdə patrul-keşik çəkdiyi bildirilən bu keçid məntəqəsində yerləşən terror təşkilatı üzvləri TIR sürücülərini, bəzən günlərlə bu məqamda saxladır.
Görüntülərdə, keçid məntəqəsində dayanmış halda gözləyən TIR sayının çoxluğu görünür.

Müxalifət.az