PKK/YPG Afrinə görə Rusiyanı düşmən elan etdi

Baxış sayı:
999

YPG terror təşkilatı Rusiyanın razılığı olmadan Türkiyənin Afrin əməliyyatı keçirməyəcəyini elan edib.
 
YPG açıqlamasında "Afrin əməliyyatına görə Rusiya ən azı Türkiyə qədər məsuliyyət daşıyır, bu məsələdə Türkiyənin ortağıdır", - deyә bәyan edib.
Qeyd edək ki, YPG-nin bu açıqlaması Şimali İraq Kürd Muxtariyyətinin media quruluşu olan Rudav TV tərəfindən tirajlanması xüsusilə diqqət çəkib.
YPG-nin açıqlamasında Rusiya açıq şəkildə düşmən elan olunur:
“Türk əsgərinin dünyadan, xüsusilə Rusiyadan razılıq almadan bu addıma getməyəcəyini gözəl bilirik. Rusiya Afrində olan hərbçilərini geri çəkərək Türkiyənin əməliyyatına dolayısı ilə dəstək verib, bu işdə ortaq olub. Bu səbəbdən hücuma görə, Rusiya Türkiyə qədər cavabdehlik daşıyır”.
ivəsində azad edilmiş bölgədən də Afrinə müxalif Azad Suriya ordusunun hücumu başlayıb. Azad Suriya Ordusunun bölmələri Türkiyə tanklarının müşayiəti ilə irəliləyir.