PKK/PYD silahlılarına AĞIR ZƏRBƏ - "Barış bulağı" əməliyyatında məhv edilən terrorçu sayı 399-a çatıb

Baxış sayı:
2407

Suriyanın şimalında Türkiyə ordusu tərəfindən aparılan “Barış bulağı” antiterror əməliyyatı çərçivəsində zərərsizləşdirilən PKK/PYD, YPG terrorçularının sayı 399-a çatıb. Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Buna qədər 342 terrorçunun məhv edildiyi deyilirdi. “Fərat çayının şərqinə doğru uğurla davam etdirilən “Barış bulağı” əməliyyatı zamanı ümumilikdə 399 PKK/PYD terrorçusu məhv edilib”, - məlumatda qeyd olunur.