PKK/PYD-nin Rakkadan Afrinə yolu kəsildi: TSK TƏLƏSİ HAZIRDIR

ABŞ-ın dəstəyi ilə Rakkanı ələ keçirən PKK/PYD-nin mühasirəyə alınan Afrin bölgəsinə terrorçuların transfer edilməsi niyyəti TSK-nin son həmləsi ilə boşa çıxdı. TSK-nın İdlib və Azezde yerləşməsi tamamlandı.
 
Terror təşkilatı PYD-nin Öcalanın şəkilləri altında Rakkadan paylaşdığı görüntülər və verdiyi həyasız bəyanatlar PKK ilə PYD-nin üzvi əlaqəsini bir daha ortaya qoydu. Türk Silahlı Qüvvələrinin (TSK) buna cavabı isə birmənalı oldu.
Terror təşkilatının "dəhliz" xəyalını “Fərat Qalxanı” və “İdlib” əməliyyatları ilə boşa çıxaran Türkiyə, Rakkanı aldıqdan sonra terrorçuları Afrinə göndərəcəyini açıqlayan PYD-yə qarşı, İdlib və Azezdeki yerləşməsini tamamladı. TSK-ya bağlı İHA və SİHALAR(pilotsuz uçuş aparatları) Afrin, Azez və İdlib bölgəsində “non-stop” monitorinq uçuşlarını davam etdirir.
 
Economist: PYD Rakkanı parçalayacaq
 
Dünən Rakkada qəti qələbəsini bayram edən terror təşkilatı PYD-nin Şimali Suriyada illərdir etdiyini Rakkada da edəcəyini dilə gətirən Economist jurnalı, etnik və məzhəb təzyiqi ilə burada da parçalanma yaradacağını yazıb. Jurnal, "Son bir neçə ildə YPG-lilər Şimali Suriya daxilində onlarla Ərəb kəndini dümdüz etdi. Yarım milyon Kürd təzyiqlərdən qaçdı", deyə yazıb.

Müxalifət.az