PKK/PYD-li terrorçuları MOSSAD öyrədir

Baxış sayı:
6451

“El-Halbour”-a istinadən verilən xəbərə görə, 20 PYD-DSG-lı terrorçunun MOSSAD kəşfiyyat Xidmətinin təhsil kursuna qatılmaq üçün İsrailə getdiyi iddia edilib.
 
Yerli qaynaq “əl-Halbour” təhsil məqsədiylə 20 PYD-DSG-lı terrorçunun MOSSAD-ın təhsil kursuna qatılmaq üçün İsrailə getdiyini iddia edib.
https://southfront.org saytı yerli qaynaq “El-Halbour”-a söykədiyi xəbərində, İsrail Milli Kəşfiyyat Təşkilatı MOSSAD-ın uzun zamandır Suriya daxilindəki rejim əleyhdarı olan Kürd qruplarla yaxından maraqlandığı ifadə edilərək bu yaxın əlaqənin ölçüsünün hər keçən gün böyüdüyünə diqqət çəkilib. Xəbərdə, çox sayda YPG-DSG-lı terrorçunun İsrail tərəfindən öyrədildiyi ifadə edilib.
DSG-nın onurğasını meydana gətirən Xalq Müdafiə Güclərinə aid 20 terrorçunun MOSSAD-ın təhsil kursuna qatılmaq üçün İsrailə getdiyi dilə gətirilən xəbərdə, seçilən terrorçuların DSG-nın təşkil etdiyi bir neçə testdən keçirildiyi irəli sürülüb.
Yerli bir qaynağın "20 DSG-lı işğal altındakı Fələstinə transfer üçün hazırlıq məqsədiylə İraqın şimalındakı Ərbil şəhərinə transfer edildi" şəklindəki sözlərinə yer verilən xəbərdə, iddia edilən əməkdaşlıq proqramının məqsədinin "İsrailin YPG-nin nəzarəti altında olan bölgələrdə dostcasına bir kəşfiyyat xidməti qurmaq istəyi" olduğu irəli sürülüb.
İsrail-YPG Kəşfiyyat Xidmətinin MOSSAD-a işçi yığacağı və İsrailə Suriya ilə əlaqədar məlumat verəcəyi irəli sürülən xəbərdə, İsraildə təhsil alacaq 3 DSG-lı terrorçu olaraq Əli Məhəmməd Həsən, Riber Abdul Rəzzaq Əhməd və Berkhdan Əziz Muradın adları paylaşılıb.
Müxalifət.az