​PKK/PYD İdlibdəki TSQ məntəqəsinə minaatanlarla HÜCUM ETDİ

Muxalifət.az xəbər verir ki, Suriya-Türkiyə sərhədindəki Afrin bölgəsindək PKK/PYD terror təşklatı İdlibdək gərginliyi azaltma bölgəsində yerləşən Türkiyə Silahlı Qüvvələri mühafizə məntəqəsinə minaatanlarla hücum edib.
“Anadolu agentliyi”nin İdlibdəki müxbirləri bildirirlər ki, Hələbin Afrin rayonundakı terrorçular Türkiyə Silahlı Qüvvələrinin İdlib-Afrin xəttindəki Daret İzzət nəzarət məntəsəqinin ətrafına 5 dəfə atəş açıb. Top zərbələrindən biri Daret İzzenin Saman Qalasındakı nəzarət məntəqəsinin təqribən yüz metr yaxınlığına düşüb.  Qalan top zərbələri isə dinc yaşayış məntəqələrinə düşüb. Heç bir halda ölən və ya yaralanan olmayıb.
TSQ terror təşkilatının hücumuna atəşlə cavab verib.
Türkiyə, Rusiya və İran arasında imzalanan Astana müqaviləsi çərçivəsində İdlibdə atəşkəs rejiminə nəzarət eləmək üçün TSQ oktyabrın 12-də bölgəyə daxil olub. Türkiyənin bölgədə təqribən 12 nəzarət məntəqəsi qurması planlaşdırılır.