PKK-YPG və İŞİD arasında danışıqlar başladı: PKK bütün qızılları istəyir

Baxış sayı:
5083

Suriyanın Deyrizor şəhərinin bir kəndində sıxışan İŞİD və YPG / PKK terrorçuları arasında döyüşlər dayandırılıb. YPG / PKK terrorçuları İŞİD-ın əlində olan bütün qızılları istəyir.
 
Yerli mənbələrə görə, İraq sərhədinə hakim olan Deyrizorun son kəndi olan Bagozda iki terror təşkilatı arasında toqquşmalar baş verib.
YPG / PKK İŞİD ilə son iki gündə qızılları almaq üçün danışıqlar aparır.
Bağozda çətin vəziyyətə düşmüş minlərlə dinc əhali cənubdan rejimin qüvvələri və şimaldan PKK / YPG terrorçularının mühasirəsi altındadır.
 
YPG / PKK İŞİD-la BAZARLIQ EDİR
 
YPG / PKK İŞİD üzvlərinin təhlükəsiz təxliyyəsi müqabilində İraq Mosulunun işğalı zamanı banklardan oğurlanmış qızıl külçələri verməsini tələb edir. PKK həmçinin İŞİD-dan əsir saxladıqları YPG / PKK üzvlərini təhvil verməsini istəyir.
Ancaq şərtləri qəbul etməyən İŞİD terrorçuları 24 yanvarda yenidən hücuma keçdi.
Müxalifət.az