PKK / YPG Qamışlıda Türkiyəyə qarşı müharibəyə hazırlaşır

Baxış sayı:
7039

Suriyanın şimalında Kamislı şəhərindəki PKK / PYD terrorçuları ağır texnikalarla xəndəklər qazmağa başlayıblar.
 
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada Fərat'ın şərqində əməliyyat keçirələcəyi bəyan edəndən sonra terror təşkilatı PKK / PYD'nin işğalda saxladığı Kamislı şəhərində hərəkətlilik yaşanır. Zirehli texnikalarla sərhəd boyunca gəzən terrorçuların ağır iş texnikaları ilə xəndək qazdıqları müşahidə olunub. Terrorçuların Türk Silahlı Qüvvələrinin (TSQ) mümkün sərhəd əməliyyatlarına qarşı tədbir görərək, bəzi bölgələrdə torpaqdan təpələr yaratmaqla, müharibəyə hazırlaşdıqları görülüb.
Müxalifət.az