PKK-YPG-nin Vaşinqtonda lobbi fəaliyyəti

Baxış sayı:
7282

Serdar Turgut - Habertürk
 
Terrorçu İlham Əhmədin başçılıq etdiyi bir YPG heyəti iki həftədir Vaşinqtonda Fəratın şərqindəki təhlükəsiz bölgə üçün Türkiyə əleyhinə böyük bir lobbi fəaliyyəti həyata keçirir. Ümumilikdə media yalnız bu məsələni İlham Əhməd və Trampun “Tramp International”-dakı qarşılaşması ilə görmüşdü. Və bu normaldır, çünki çox yüksək bir hadisə  idi. Tramp hər əl görüşdüyü insana onu nə qədər sevdiyini demək vərdişi var və bu dəfə də elə oldu. Ancaq sanki təsadüf kimi təşkil olunan görüşün arxasında əhəmiyyətli gəlişmələr yaşanırdı.
 
Lobbi üçün gəldilər
 
Moskva ilə əlaqə qurduqdan sonra bir heyətlə ABŞ-a gələn İlham Əhməd, əvvəllər PYD-nin Vaşinqton nümayəndəsi olduğu üçün bu işləri bildiyindən şəhərdə 15 gündür ki, çox rahatlıqla lobi işləri ilə məşğul olur
Bu lobbi fəaliyyətinin məqsədi Amerikanın Suriyadan çəkilmə təqviminin yavaşladılması və Fəratın şərqindəki təhlükəsizlik bölgəsinin idarəsinin Türkiyəyə verilməməsini təmin etməyə yönəlmişdi.
Vaşinqtonda üç mərtəbəli binalarda fəaliyyət göstərən PYD / YPG üzvləri ABŞ rəhbərliyinin əhəmiyyətli şəxsləri ilə görüşə bilməmişdir. Məsələn, müdafiə naziri onları qəbul etmədi. Onlar daha çox senatorlara yönəlmişdi. Yalnız onların Ağ Evlə təmasları “Tramp International” otelindəki Tramp ilə qarşılaşması və senatorlarla yeməklərlə məhdudlaşdı.
Deyə bilərəm ki, senatorlarla əlaqəli olduğundan bəzi nəticələr aldıqlarını demək olar. Senata bir qanun layihəsi təqdim edilib və Suriyadan çəkilmənin ehtiyatlı və təhlükəsiz olması istənilib. Bu layihə hər iki partiyadan səs ala bildi. Bu mövzuda iplər Ağ Evin əlində olsa da, Senatdakı bu mövqe də əhəmiyyətlidir.
ABŞ əvvəlki kimi, geri çəkilmənin yavaş olacağını açıqladığı üçün yeni bir vəziyyət gətirəcəyini söyləmək mümkün deyil.
 
Təhlükəsiz bölgə məsələsi
 
Digər tərəfdən, onlar ABŞ administrasiyasından istədiklərini əldə edə bilmirlər. İlham Əhməd Fəratın şərqindəki təhlükəsiz zonaya PKK-YPG-nin nəzarət etməsini istəyir. Bununla bağlı Tramp onlara açıq bir mesaj da vermədi.
ABŞ rəhbərliyinə yaxın qaynaqlar Tramp rəhbərliyinin təhlükəsiz bölgə mövzusunda Rusiyanın nə dediyini görmək istədiklərini və Əsəd rejiminin nəzarətində Rusiyanın da zəmanət verdiyi təhlükəsiz bir bölgənin Türkiyənin də qayğılarını azaldacağını düşündüklərini ifadə edir.
Göründüyü kimi, 15 günlük lobbiçilikdən sonra yeni təklif və irəliləyiş yoxdur. Yalnız bu qətidir ki, Amerika bölgədən çəkilir, amma bu proses yavaş həyata keçiriləcək və o müddətdə təhlükəsiz bölgə ilə bağlı anlaşılmazlıqların Türkiyə-Rusiya-ABŞ arasında danışıqlarla aradan qaldırılmasına çalışılacaq.
Hazırladı: Müxalifət.az