PKK / YPG-dan təhlükəli "Türkiyə" həmləsi!

Baxış sayı:
13690

Terror təşkilatı YPG / PKK Suriyada təslim olan İŞİD terrorçuları və ailələrinə özlərinin işğal etdikləri bölgənin xaricinə çıxarma sözü verərək terrorçularınn yenə Türkiyə torpaqlarına sızmalarına şərait yaradıb açdı.
 
YPG / PKK və ABŞ-ın Suriya-İraq sərhədindəki Deyrizor rayonunun Bagoz qəsəbəsində sıxışan son İŞİD-çı qrupla 15 fevralda razılaşma əldə etdikdən sonra İŞİD-çıların təslim olma və ailələrinin təxliyə olunması prosesi davam edir.
Anadolu Agentliyi iki terror təşkilatı tərəfindən əldə edilən razılaşmanın məzmunu əldə edib.
Razılaşmaya görə, YPG / PKK İŞİD üzvləri və ailələrinin istədikləri düşərgələrdə qalmasına icazə verəcəkdir.
Təşkilat düşərgədə qalmaq istəməyənlərə isə işğal bölgəsi xaricindəki “Fərat Qalxanı”, Afrin və Bəşər Əsəd rejiminin nəzarətində olan bölgələrə qaçaq yollarla çıxarma sözü verib.
YPG / PKK-nın son razılaşması 2017-nin oktyabrında Rakka-da mühasirəyə aldıqları İŞİD-çıları Türkiyə torpaqlarına keçirmə planını xatırladıb.
Qeyd edək ki, təşkilat Rakka şəhər mərkəzində mühasirəyə aldığı İŞİD-çı terrorçularla razılaşma əldə edərək bölgədən evakuasiya etmiş, bunların əhəmiyyətli bir hissəsi Türkiyəyə sızmaq üzrə sərhəd xəttinə yönəlmişdi. Terrorçuların qaçaqçılar yolu ilə Türkiyəyə sızdırılmaları beynəlxalq mətbuata mövzu olmuşdu.
 
İŞĞAL ƏRAZİSİNDƏ HƏRƏKƏT SƏRBƏSTLİYİ
 
Razılaşmaya görə, YPG / PKK düşərgədən ayrılmaq istəyənlərə bir növ "xüsusi səyahət sənədi" verəcək. Buunla da İŞİD-çılar və ailələri YPG / PKK-nın işğal etdiyi ərazilərdə hərəkət edə və yaşaya bilərlər.
İki terror təşkilatının yaralı İŞİD-çıların vəziyyəti ilə bağlı vardıqları razılığa görə, bu kəslər YPG / PKK işgalındakı xəstəxanalarda ən az 2 ay müalicə olunacaqlar.
Bir müddətdir ki, YPG / PKK Mosulun işğalı zamanı İraqdan ələ keçirdiyi qızıl külçələri də İŞİD-dan istəyirdi.
Fərat çayının şərqindəki son bölgəsini itirən İŞİD-ın işğal sahəsi Suriya torpaqlarının təxminən yüzdə 2-ni təşkil edir. Təşkilat yalnız rejimin mühasirə etdiyi səhra zonasında mövcuddur.
YPG terror təşkilatı Suriya torpaqlarının 28 faizini əlində saxlayır.
Rejim qüvvələri ölkənin təxminən 60 faizində hakimiyyətini davam etdirərkən, hərbi müxaliflər və rejim əleyhdarı silahlı qrupların idarə etdiyi ərazilərdə ölkə torpaqlarının təxminən 10 faizini təşkil edir.
Müxalifət.az