PKK-ya qarşı əlavə qüvvə göndərildi

Baxış sayı:
1372

İraqın baş qərargah rəisi Osman əl-Gənimi Mosulun Sincar şəhərinə əlavə qüvvə göndərməyi qərara alıb.
 
İraq Baş Qərargahından edilən yazılı açıqlamaya görə, Ganimi ordu ilə terror təşkilatı PKK arasında qarşıdurmaların yaşandığı Mosulun Sincar mahalını ziyarət edərək oradakı hərbi səlahiyyətlilərlə bir araya gəlib.
"İraq ordusu dövlətin ləyaqətini təmsil edir və bizim qırmızı xəttimizdir" deyən Ganimi, Sincardaki qarşıdurmalardan sonra bölgəyə əlavə qüvvə göndərmə qərarı verib.
Gənimim silahın dövlət nəzarətində saxlanılması, təhlükəsizlik gücləri və mülki əhaliyə hücum edənlərin dəmir yumruqla vurulması təlimatı verib.
İraqın baş naziri Adil Abdulmehdi də dünən etdiyi mətbuat konfransında, Sincarda lazımi tədbirlər aldıqlarını ifadə edərək İraq əsgərlərini öldürən PKK-lıların təslim olduqlarını söyləmişdi.
Qeyd edək ki, Sincarda İraqlı güclərlə PKK-lılar arasında silahlı qarşıdurma baş vermiş, münaqişədə 2 İraqlı əsgərin öldüyü bildirilmişdi.
Müxalifət.az