PKK-ya daha bir zərbə - ABŞ-PKK SİLAH XƏTTİ BAĞLANDI

İraq ordusu ABŞ-ın 2014- cü il sentyabr ayından bu yana PKK-ya minlərlə TIR yüklü silah, sursat və zirehli texnika sövq etdiyi Ərbil-Haseke xəttində yerləşən Yarubiyə Sərhəd Qapısını ələ keçirdi.
 
2014-ci ilin sentyabr ayından başlayaraq PKK-ya minlərlə TIR silah, sursat, zirehli maşın və maddi-texniki dəstək verən ABŞ-ın Ərbil-Hasekə nəqliyyat xəttində yerləşən Yarubiyə Sərhəd Qapısı İraq ordu qüvvələri tərəfindən ələ keçirilib. Ordu birliklərinin Rabia istiqamətində başlatdığı əməliyyat çərçivəsində Peşmərgə Ovaköy sərhəd bölgəsinin də yerləşdiyi ərazidən çəkilib. Peşmərgənin Rabia bölgəsindən çəkilməsi ilə birlikdə, ABŞ-ın PKK-nın Suriya qolu olan PYD-yə dəstək üçün istifadə etdiyi iki əsas marşrutdan biri Bağdad rəhbərliyinin nəzarətinə keçmiş oldu. Ərbil Hava Limanına endirdiyi arsenalı buradan TIR-larla Yarubiyədən keçirən AMERİKALILAR, PKK-nı bir orduya yetəcək qədər avadanlıqla təchiz edirdi. İndi sırada terrora silah daşıma xəttinin ikinci qapısı olan Semelka var.
 
İKİNCİ HƏDƏF SEMELKA
 
Malikiyə bölgəsində yerləşən Semelka Sərhəd Qapısından çıxmaq istəməyən Peşmərgə hələ də İraq ordusu ilə toqquşmaqda davam edir. Terror təşkilatı PKK da Peşmərgəyə dəstək vermək məqsədilə bölgəyə çox sayda terrorçu sövq edib. Habur Çayı üzərində yerləşən bir körpü-qapı xarakteri daşıyan Semelka, ABŞ-PKK lojistik dəstək xətti olmaqla bərabər, həm də Peşmərgə-PKK arasındakı əlaqə dəhlizinin də ən önəmli keçid nöqtəsidir. Semelka və Yarubiyə qapılarının Peşmərgə-PKK nəzarətindən çıxması ABŞ-PKK cəbhəsini alternativ yollar axtarışına sövq edib. İŞİD-dən təhvil-təslim səhnəsi ilə Deyrizor bölgəsində irəliləyişini davam etdirən ABŞ-PKK ittifaqı, indi də "Bukemal” Sərhəd Qapısına yönəldi. Sərhədin İraq tərəfində böyük miqdarda İraq ordusu və Haşdi Şabi gücləri hakim vəziyyətdədir. Bukemal-Keramə kəmərinin Suriya hissəsində isə Əsəd-İran-Rusya ittifaqı fəal vəziyyətdədir.
 
ARTIQ HAVADAN ENDİRİLƏCƏK
 
Rakkanın işğalından sonra danışan PKK nümayəndəsi Nuri Mahmud, ABŞ ilə apardıqları danışıqlar və razılaşma çərçivəsində silah, sursat, döyüş zirehi və lojistik dəstəyin davam edəcəyini deyib. Daha çox silaha ehtiyac duyduqlarını bildirən Mahmud, regionda İŞİD-in bitmə nöqtəsinə gəlməsinə baxmayaraq, ABŞ ilə gəldikləri razılaşma çərçivəsində sövq ediləcək yeni silahların harada və kimə qarşı istifadə ediləcəyinə dair isə hər hansı bir məlumat verməyib.Yerli mənbələrin verdiyi xəbərə görə, ABŞ-ın Rakka-Tabka Hava Bazasında başladığı təmir bitmək üzrədir. Hasekedeki hava limanı ilə birlikdə bu hava bazası da istifadə edilərək bütün təhcizatın PKK-ya birbaşa hava yolu ilə veriləcəyi bildirilir

Müxalifət.az.