PKK-ya ağır zərbə: Başına milyon yarım mükafat qoyulan terrorçu öldürüldü

Baxış sayı:
13114

Türkiyənin Tuncəli bölgəsində öldürülən 6 terrorçudan birinin mavi kateqoriyada axtarılan Cəlal Qaya, birinin isə narıncı kateqoriyada axtarılan Heydər Gül olduğu müəyyən edilib. Türkiyənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Tuncəli əyalətində dünən Jandarmanın keçirdiyi əməliyyatda zərərsizləşdirilən 6 terrorçudan birinin "terrordan axtaranlar siyahısında" 1 milyon 500 min lirə mükafatla mavi kateqoriyada yer alan sözdə şərq cəbhəsinin rəhbəri Doğan-Serhat kod adlı Cəlal Qaya olduğu müəyyənləşdirilib. Öldürülən terrorçulardan birinin isə 600 min lirə mükafatla narıncı kateqoriyada axtarılan sözdə şərq mərkəz rayonu üzrə məsul şəxsi Baran kod adlı Heydər Gül olduğu müəyyən edilib. Müxalifət.az